1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"yə məğlubiyyət bizə dərs oldu"
"Rəqibi təbrik edir və gələcək oyunlarda uğurlar arzulayıram. İlk oyunda yaxşı nəticə əldə etmişdik. Həmin vaxt demişdim ki, onlar bizdən daha yüksək səviyyəli futbol oynayırlar və favorit olaraq qalırlar. Bizə isə belə ciddi matçlarda bu səviyyəyə çatmaq üçün hələ çox iş görmək lazım gələcək".
Sportnet.az xəbər verir ki, bunu "Şerif"in 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Luka Pavloviç evdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzaraq, UEFA Gənclər Liqasının Çempionlar Yolunun I mərhələsində mübarizəni dayandırdıqları cavab görüşündən sonra deyib. Xorvatiyalı mütəxəssis oyunu belə dəyərləndirib: "İlk yarıda bizə çətin idi. Qonaqlar meydanın özümüzə aid hissəsində çox pressinq edirdilər. Fasiləyədək dözmək üçün azacıq uğur çatışmadı. Hesab 1:1 olarkən, artıq başqa cür oynamaq lazım idi. Lakin uşaqlar öz istədikləri kimi oynaya biləcəklərini düşündülər. Halbuki, kompakt olmaq və əks-hücumlarda öz şansımızı gözləmək lazım idi".
Pavloviç məğlubiyyətdən dərs çıxaracaqlarını bildirib: "Bu, bizim üçün dərs oldu. Biz bu dərsi öyrənməliyik. Təəssüf ki, bizə çempionatda futbolçuların artıracağı və keyfiyyətə nail olacağı bu cür oyunlar çatmır. Çempionatda bütün oyunları uduruq. Beynəlxalq arenada oynamaq lazım gəldikdə isə nə fiziki, nə də taktiki kondisiya çatır. Daha yaxşı olmaq üçün hələ çox işləmək lazımdır".
Qeyd edək ki, "Qəbələ" II mərhələdə Almaniya "Herta"sı ilə qarşılaşacaq. İlk oyun noyabrın 7-də Qəbələdə, cavab görüşü noyabrın 28-də Berlində keçiriləcək.