1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Məğlubiyyət oyunçulara pis təsir edir"
"Təbii ki, xal qazanmaq üçün bu gün yaxşı fürsət idi. Amma bundan istifadə edə bilmədik, məğlub olduq. Çox məyusuq. İstəyirdik ki, qələbə qazanaraq, həm özümüzü, həm də azarkeşlərimiz sevindirək. Ancaq bu, baş vermədi".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin III turunda evdə Ukrayna "Vorskla"sına 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Təcrübəli müdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün komandanın oyunu niyə alınmadı?
- Artıq bu, ilk hal deyil ki, qapımıza gələn 3 zərbənin 2-3ü qol və ya 1 zərbənin 1-i qol olur. Paltardəyişmə otağında da bunu düşünürük, hücumlar edirik, oyuna nəzarət bizim tərəfimizdə olur, amma qapımıza vurulan 1-2 zərbə qola çevrilir. "Arsenal”la oyundan sonra üzərimizdə təzyiq yarandı. Çoxlu şansları boşa vermişdik. Oradan xal qazansaydıq, bu oyuna tam fərqli əhval-ruhiyyə ilə çıxacaqdıq. Heç olmasa, bir az həvəslənərdki. İlk iki turda uduzduq. Çox məyusedici məğlubiyyətlər yaşadıq. Həmin məğlubiyyətlər komandamıza psixoloji cəhətdən pis təsir etdi. Xüsusilə də "Arsenal”a uduzmağımızı deyərdim. "Vorskla” müdafiədən oynadı. Bu gün də heç nədən qol buraxdıq. Qol imkanları yaratsaq da, alınmadı.
- "Qarabağ”la "Arsenal” arasında böyük səviyyə fərqi var. "Arsenal”la oyundakı nəticə sizə niyə pis təsir etdi ki?
- Əlbəttə, səviyyədə fərq var. Sadəcə, oyundan öncə heç özüm də təxmin etmirdim ki, bu qədər şanslarımız olacaq. "Arsenal”a 1-2 qol vursaydıq, tam fərqli mənzərə olacaqdı. Qrupda fərqli yerdə olardıq. Məğlubiyyət oyunçulara pis təsir edir. Onlarda ruh düşkünlüyü yaranır. İlk iki oyunda xal qazansaydıq, bu gün tam fərqli olardı.
- Ötən günkü dopinq testi və "Səbail”lə oyundakı texniki məğlubiyyət kollektivə nə dərəcədə təsir edib?
- Xeyr, mən bunları səbəb gətirmirəm. Bu, fərqli oyun idi. Fikrimiz oyunda idi və matçda köklənmişdik. Bilirdik ki, rəqib kompakt oynayaraq, tempi aşağı salacaq. Biz də səbirli oynamağa çalışırdıq. Ancaq ikinci hissədə buraxdığımız adi qol bir çox şeyi pozdu.
- Rəqibin futbolçusu Sergeyçuk oyundan öncə bildirmişdi ki, "Qarabağ”ı cinahlarda bağlasaq, qol vurmayacaqlar. Bunu bacardılar?
- Cinahlardan yetərincə asmalar oldu, hücumlarımız baş tutdu. Sadəcə, bu tip oyunlarda qalib gəlmək üçün daha yaxşı olmalıyıq.