1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tahir Gözəl: "Onu geri qaytarmaq Qurban Qurbanovun işidir"
"Qarşıdakı oyunlarda daha yaxşı oynayıb nəticə əldə etməyə çalışacağıq. Meydanda daha yaxşı oynayan bir komanda gözləyirdim".
Sportnet.az xəbər verir ki, bunu "Report”a açıqlamasında "Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin III turunda "Vorskla”ya 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
O, qarşılaşmaya az azarkeşin gəlməsinə də toxunub: "Stadionda 12 minə yaxın azarkeş var idi. Bu görüşlər bizim üçün çox önəmlidir. Oyunda azarkeş sayı çox az oldu. Fanat çox olanda futbolçular da daha yaxşı oyun sərgiləyirlər. Amma Bəhanə axtarmamalıyıq. Biz günahı özümüzdə tapmalıyıq".
Tahir Gözəl "Qarabağ” üçün hər bir şəraitin yaradıldığını bildirib: "Oyunçular stadionların ən yaxşısında oynayırlar. Bütün imkanlar var. Düşünürəm ki, Qurban Qurbanov və kollektiv bu oyundan dərs çıxardılar. Bizim başqa yolumuz yoxdur, sona qədər döyüşməliyik. Lazım olan oyunu görtərməliyik. Hədəfimiz "Qarabağ”ın adını bütün dünyaya çatdırmaqdır. Hesab edirəm ki, bu hamımızın məqsədi olmalıdır".
Vitse-prezident Riçard Almeydanın komandadan ayrılmasının Ağdam təmsilçisinin çıxışına təsir etdiyini söyləyib: "Almeyda və digər yaxşı oyunçularımız komandadan ayrıldı. Onu geri qaytarmaq Qurban Qurbanovun işidir. Amma düşünürəm ki, komandalar bir oyunçudan aslı olmamalıdır. Gələcəkdə hər şeyin yaxşı olacağına ümid edirik".