1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"a qol vuran Kulaç Vaqnerin səhvindən danışdı
Bu görüşdə bizim üçün ən vacibi nəticə idi. Baş məşqçimiz demişdi ki, qapıya zərbələr endirim. Yaxşı haldır ki, qol alındı".
Sportnet.az xəbər verir ki, bunu Ukraynanın "Vorskla" klubunun futbolçusu Vladislav Kulaç Bakıda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin III tur matçından sonra "Futbol" telekanalına açıqlamasında deyib. Yeganə qolun müəllifi bildirib ki, Azərbaycan təmsilçisinin qapıçısı Vaqnerin kobud səhvə yol verməsi ilə nəticələnən zərbəsi qüvvətli olub: "Qapıçının köməyi olmasaydı belə, top çərçivəyə istiqamətlənmişdi. Qapıçının səhvə yol verməsi yaxşı oldu. Sevinirik ki, hər şey bizim üçün belə alındı və qalib gəldik".
Qeyd edək ki, Vyaçeslav Kulaç "Vorskla"nın qələbə topunu 48-ci dəqiqədə vurub.