Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv Çexiya yığması ilə üz-üzə gəlib. Albaniyanın Luşnya şəhərindəki "Roza Haciu" stadionunda təşkil olunan qarşılaşma Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qrupun digər oyununda Norveç Albaniya ilə üz-üzə gələcək. Həmin matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Norveçə 1:4 hesabı ilə uduzub. Komanda oktyabrın 29-da Albaniya ilə qarşılaşacaq.
Avropa çempionatı, VIII qrup
14:00. Azərbaycan - Çexiya - 0:2
Qol: Voytex Voyatşke, 9. Adam Hlozek, 90
Baş hakim: Boris Marhefka (Slovakiya)
Baş hakimin köməkçiləri: Tomaş Vorel (Slovakiya), Elis Pulaj (Albaniya)
Dördüncü hakim: Florian Lata (Albaniya)
Luşnya, "Roza Haciu" stadionu