1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" yenə xal itirdi - YENİLƏNDİ
Topaz Premyer Liqasının VII turundan təxirə salınmış oyun keçirilib.
Sportnet.az xəbər verir ki, "Keşlə" doğma meydanda "Qarabağ"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Matçda ilk qolu "Qarabağ"ın futbolçusu Miçel Madeyra vurub. İspaniyalı yarımmüdafiəçi 56-cı dəqiqədə hesabı açıb. Paytaxt klubunun heyətində isə Sertan Taşqın 79-cu dəqiqədə fərqlənməklə qarşılaşmada tarazlığı bərpa edib. Oyunun 89-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Samir Məsimov qırmızı vərəqə alaraq meydandan qovulub.
Görüş "Keşlə"nin yeni baş məşqçisi Tərlan Əhmədovun komandanın rəhbərliyi altında ilk oyunu olub.
Qeyd edək ki, bu nəticədən sonra "Qarabağ" 17 xalla ikinci, "Keşlə" isə 6 xalla 7-ci pillədə qərarlaşıb.
---------------------------------------
Bu gün Topaz Premyer Liqasının VII turundan təxirə salınmış oyun keçiriləcək.
Sportnet.az xəbər verir ki, "Keşlə" doğma meydanda "Qarabağ"la münasibətlərə aydınlıq gətirəcək. Bu, "Keşlə"nin yeni baş məşqçisi Tərlan Əhmovun rəhbərliyi altında ilk oyunu olacaq.
Komandalar Azərbaycan çempionatları tarixində 55 dəfə üz-üzə gəliblər. Bunların 13-də paytaxt təmsilçisi, 24-də isə Ağdam klubu meydanı 3 xalla tərk edib. 18 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də "Qarabağ" öndədir - 61:36.
Qonaqlar rəqibinə qarşı keçirdiyi son iki çempionat oyununda qələbə qazana bilməyib. "Qarabağ" həmçinin bütün turnirlər daxil olmaqla dörd oyundur meydanı məğlub tərk edir. Bunlardan yarısı Avropa Liqası, yarısı isə Premyer Liqa qarşılaşmalarına təsadüf edib.
31 oktyabr (çərşənbə)
19:00. "Keşlə” – "Qarabağ” - 1:1
Qol: Sertan Taşqın, 79 - Miçel, Madera 56
Qırmızı vərəqə: Samir Məsimov, 89
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
"ASK Arena”