Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev UEFA Avropa Liqasının IV turunda keçiriləcək "Vorskla" - "Qarabağ" matçından əvvəl fikirlərini bölüşüb.
Sportnet.az-ın oyuna ezam olunmuş əməkdaşı xəbər verir ki, səfir sabahkı oyundan yaxşı nəticə gözlədiklərini bildirib.
"Böyük ümidlərlə bura gəlmişik. Ümid edirik ki, "Qarabağ" sabahkı oyunda qələbə qazanacaq. Artıq bizim səfirlikdən diaspora təşkilatları üzərindən sosial şəbəkələr vasitəsilə burada yaşayan soydaşlarımızı oyunda "Qarabağ"ı dəstəkləyəməyə, bizə dəstək olmağa çağırmışıq. Ümid edirik ki, onlar bizim yanımızda olacaqlar. Çünki Qarabağ bizim ən həssas yerimizdir. Hər bir Azərbaycan vətəndaşının və soydaşlarımızın mənəvi borcudur ki, sabah gəlib bizim komandanı dəstəkləsinlər" deyə o, vurğulayıb.
Azər Xudiyev sabah stadionda 300 nəfərdən artıq azarkeşin olacağına ümid etdiyini söyləyib: "Təxminən 250-300 nəfər azarkeş gözləyirik, ola bilər daha artıq olsun. Hətta biz uzaq olan regionlara da nəqliyyat vasitəsi ayırmışıq ki, insanlar rahat şəkildə gəlib oyunu izləyə bilsinlər. Ümid edirik ki, oyun gec saatda olsa da azarkeşlər "Qarabağ"ı dəstəkləməyə gələcəklər".
Qeyd edək ki, Aleksey Butovski adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.