1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Vorskla" - "Qarabağ" matçına yenidən davam - YENİLƏNDİ
Ukraynada "Vorskla" və "Qarabağ" arasında keçirilən Avropa Liqasının IV tur matçında məcburi fasilə yaranıb.
Sportnet.az xəbər verir ki, buna ikinci hissənin əvvəllərində meydan sahiblərinin fanatlarının yandırıcı maddələrdən yararlanmaları səbəb olub. Yandırıcı əşyaların da meydana düşməsi nəticəsində isveçrəli referi oyunu dayandırıb. Görüş bir neçə dəqiqədən sonra davam etdirilib.
65-ci dəqiqədə isə "Qarabağ" azarkeşlərinin olduğu sektorda partlayış səsləri eşidilib. Meydana yandırıcı maddələrin düşməsi nəticəsində referi matçı yenidən dayandırıb. Bu dəfə o, komandaları meydandan çıxararaq, paltardəyişmə otağına göndərib.
Stadionda xəbərdarlıq anonsu verilib. 8 dəqiqə sonra komandalar meydana qayıdıblar və matç yenidən davam etdirilib.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 1:0.