Ukraynanın Poltava şəhərində "Vorskla" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının IV tur matçında daha bir insident baş verib. 
Sportnet.az xəbər verir ki, matçın uzatma dəqiqələrində meydan sahiblərinin azarkeşləri bir-biri ilə dalaşıb. Araya girən stüardlar münaqişəni tezliklə aradan qaldırıblar. Polislər insident iştirakçılarını stadiondan kənarlaşdırıblar. 
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 1:0. 









                 





    
    
    
    
    
    
    
    























































