Avropa Liqasının qrup mərhələsinin VI turunda səfərdə "Arsenal”ın qonağı olacaq "Qarabağ” bu matça görə Böyük Britaniya vizası əldə etmək üçün lazımı prosesdən keçib.
Sportnet.az xəbər verir ki, bu vizanın verilmə prosesində səlahəyyətli şirkət "TLS” kluba jest edib. Şirkətin nümayəndələri futbolçularımızın sıx qrafiki nəzərə alaraq klubun bazasına gələrək lazımı prosesləri məhz burada yerinə yetirib.
Ağdam təmsilçisi başda Elnur Adilov olmaqla "TLS” şirkətinə komandaya dəstək verdiyinə və alicənab hərəkətinə görə xüsusi təşəkkürünü bildirib.







































































