UEFA Millətlər Liqasının V tur matçında üz-üzə gələcək Azərbaycan və Farer adaları yığmalarının start heyətləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi səfərdəki oyunla müqayisədə ilk "11-lik"də cəmi 1 dəyişiklik edib. Rahil Məmmədovu Təmkin Xəlilzadə əvəzləyib. Bununla da Maksim Medvedev mərkəzə, Xəlilzadə sola, Pavlo Paşayev isə sağa çəkilib.
Farer adaları yığmasında isə "23-lüy"ə 22 futbolçu daxil edilib.
Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Аraz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov,
20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov
Baş məşqçi: Qurban Qurbanov
Farer adaları: 1.Qunnar Nilsen, 3. Vilormur Davidsen, 4. Atli Qreqersen (k.), 5. Sonni Raqnar Nattestad, 6. Hallur Hansson, 8 Brandur Hendriksson, 9. Gilli Rolantsson Sörensen, 10. Sölvi Vatnhamar, 15. Odmar Feryo, 19. Roqvi Baldvinsson, 21. Klemint Olsen
Ehtiyat oyunçular: 12. Teytur Matras Gestsson, 23. Kristian Yönsen, 2. Maqnus Eqilsson, 7. Kay Bartsalsstovu, 11. Heyni Vatnsdal, 13. Arni Frederiksberq, 14. Maynhard Olsen, 17. Qunnar Vatnamar, 18. Yoqvan Roy Davidsen, 20. Yoannes Byartalid, 22. Yakub Tomsen
Baş məşqçi: Lars Olsen
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq.