"Zirə"ni Azərbaycan Kubokundan kənarlaşdıran "Qaradağ Lökbatan"ın baş məşqçisi Adil Mahmudov oyundan sonra qələbəni şərh edib. Sportnet.az-ın məlumatına görə, divizonun debütantını 1/8 finaldan edən mütəxəssis "Neftçi" ilə qarşılaşacaqlarına görə sevindiyini deyib.
Oyuna yaxşı hazırlaşmışdıqlarını və belə görüşləri ani epizodların həll etdiyini bildirən Mahmudov futbolçularını tərbik edib: "Biz qol vurmalı idik, çünki oyunun əlavə vaxta getməsi bizə sərf etmirdi. Qarşıda çətin oyunlarımız var. Çox güc itirə bilməzdik. Komandamın üzvlərini təbrik edirəm".
"Komandamız yarandığı gündən bu yana çempionluq uğrunda mübarizə aparıb. Biz kubokda güclü rəqiblərlə üz-üzə gəlirik. "Neftçi” ilə görüşəcəyimizə görə şadam. Belə oyunlar bizim üçün təcrübə baxımından çox vacibdir”.
Qeyd edək ki, "Qaradağ Lökbatan" "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |