"Biz yeni komandayıq. Oyundan oyuna daha da inkişaf etmək istəyirik". Sportnet.az-ın məlumatına görə, bunu "Qaradağ Lökbatan"la Azərbaycan Kubokunun 1/16 final oyunundan sonra "Zirə"nin baş məşqçisi Bəhram Şahquliyev deyib.
O, məğlubiyyətə baxmayaraq, futbolçulardan razı qalıb: "Hakimlik barədə danışmaq istəmirəm. Bu barədə Hakimlər Komitəsi qərar verə bilər. Biz ikinci hissədə rəqibdən daha üstün idik. Düşünürəm ki, Vüqar Əsgərovun yerdə qaldığı epizodda lehimizə penalti verə bilərdi. Əgər Tural qırmızı vərəqə almasaydı, oyunda qələbə qazana bilərdik. Bütün bunlara baxmayaraq, "Qaradağ Lökbatan”ı təbrik edirəm. İnşallah, kuboku qazansınlar”.
Qeyd edək ki, "Zirə" 0:1 hesabı ilə uduzduğu oyunu 54-cü dəqiqədən bir nəfər azlıqda davam etdirib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |