1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Emin İmaməliyev: "Təəssüf ki, qol vura bilmədik"
"İlk oyunu yaxşı təhlil etmişdik. Bilirdik ki, rəqib cinahlardan yaxşı oynayır. Bu üzdən cinahları bağlamağa çalışdıq.
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının II mərhələsində Almaniyada "Herta"ya 0:1 hesabı ilə məğlub olduqları cavab oyunu barədə danışarkən deyib.
38 yaşlı mütəxəssis komandanın Qəbələdə keçirilən ilk matçdan daha yaxşı oynadığını bildirib: "İlk qol epizodunu yaratdıq, penalti qazandıq. Təəssüf ki, qol vura bilmədik. Bəlkə də hesabı açsaydıq, oyunun axarını öz xeyrimizə dəyişə, rəqibi tələskənliyə məcbur edib bundan maksimum yararlana bilərdik. Düşünürəm ki, düzgün yoldayıq. Bu rəqiblə onların meydanında başabaş oynamaq futbolçularımız üçün həm də bir təcrübə oldu. Gələcək matçlara daha yaxşı hazırlaşıb, irəli gedə bilərik. Futbolçularımız çox yaxşı oynadılar. Onların hamısı istəkli idi, qələbə qazanmaq istəyirdi. Belə qarşılaşmada meydanı qol vurmadan tərk etməyimiz bir az üzücü oldu. Oyunçularımız çox əziyyət çəkdilər. Ən sevindirici məqam isə odur ki, düzgün oynamağa çalışdılar, həm rəqibə imkan vermədilər, həm də top bizdə olanda düzgün qərarlar qəbul etdilər”.
Qeyd edək ki, ilk oyunda Qəbələdə rəqibinə 1:3 hesabı ilə uduzan "Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.