"Daha bir möhtəşəm oyun keçirdik. Final haqda danışmaq üçün tezdir. Biz addım-addım irəliləməli və qələbələri sıralamağa davam etməliyik. Ayaqlarımızı yerə möhkəm vurmalıyıq və həqiqətlərin fərqində olmalıyıq".
Sportnet.az xəbər verir ki, bunu Portuqaliya "Sportinq"inin kapitanı Luiş Nani Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra deyib.
Matçın 33-cü dəqiqəsində fərqlənən 33 yaşlı futbolçu yeni baş məşqçiləri Marsel Keyzer haqda da fikirlərini bölüşüb: "Keyzer çox təvazökar məşqçidir. O, bizdən daha templi və aqressiv oynamağımızı istəyir. Bəlkə də bu matçlarda daha çox qol vurmağımızın bir səbəbidir. Komandamız hər gün inkişaf edir və biz özümüzə güvənirik”.
Portuqaliyalı yarımmüdafiəçi əzəli rəqibləri olan "Benfika" ilə bağlı da danışıb: "Finalda "Benfika” ilə qarşılaşmaq maraqlı olardı. Onlara qarşı həmişə yaxşı oynamışıq. "Benfika" bizim ən ən böyük rəqibimizdir. Bu komanda ilə oyunlarda həmişə möhtəşəm atmosfer olur”.