İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu "Qızıl top" mükafatının təltifetmə mərasiminə qatılmayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Alessandro Alçata şəxsi "Twitter" səhifəsində bildirib. Onun sözlərinə görə, portuqaliyalı hücumçu ikinci yeri tutduğu üçün tədbirdə iştirak etməyəcək.
"Qızıl top"u "Real Madrid"in və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç alacaq. Üçüncü yeri isə "Atletiko" və Fransa millisinin hücumçusu Antuan Qrizmann tutub. Onun da mərasimi buraxacağı gözlənilir.
Qeyd edək ki, "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" dekabrın 3-də Parisdə təqdim olunacaq.