Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi başa çatıb.
Sportnet.az xəbər verir ki, axırıncı matçda ölkə kubokunun son qalibi "Keşlə" I Divizion klubu "Şüvəlan"la üz-üzə gəlib. Görüş Premyer Liqa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/8 finalın ilk oyunlarında "Sabah” "Ağsu”ya (3:0), "Səbail” "Kəpəz”ə (4:0), "Sumqayıt” isə "Qaradağ Lökbatan”a (4:0) qalib gəlib.
"Sumqayıt" 1/4 finalda "Neftçi", "Səbail" "Zirə", "Sabah" "Qəbələ", "Keşlə" isə "Qarabağ"la qarşılaşaq. Mərhələ adlayan komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.
Beləliklə, 1/4 final mərhələsində aşağıdakı qarşılaşmalar baş tutacaq:
15-19 dekabr
"Neftçi” – "Sumqayıt”
"Zirə” – "Səbail”
16-20 dekabr
"Qəbələ” – "Sabah”
"Qarabağ” – "Keşlə”
---------------------------------------------------
Futbol üzrə Azərbaycan Kubokunda 2018/2019-cu illər mövsümünə start verilib.
Sportnet.az xəbər verir ki, 1/8 final mərhələsində 4 görüşdən 3-ü artıq yekunlaşıb. Premyer Liqa klubları I Divizion təmsilçiləri ilə qarşılaşıb.
Bir görüşdən ibarət olan dueldə "Səbail" Gəncədə "Kəpəz"i, "Sumqayıt" isə paytaxtda "Qaradağ Lökbatan"ı böyük hesabla məğlub edib. Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb - 4:0.
Azərbaycan Premyer Liqasının debütantı "Sabah" Ağsuda eyniadlı komandanı 3 cavabsız qolla üstələyib.
Bu nəticədən sonra hər üç komanda növbəti mərhələyə vəsiqə qazanıb. "Sumqayıt" 1/4 finalda "Neftçi", "Səbail" "Zirə", "Sabah" isə "Qəbələ" ilə qarşılaşaq. Mərhələ adlayan komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.
Qeyd edək ki, 1/8 finala bu gün keçiriləcək "Şüvəlan" - "Keşlə" görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi isə növbəti mərhələdə "Qarabağ"a rəqib olacaq.
-----------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2018/2019 mövsümünə start veriləcək.
Sportnet.az xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq. Qarşılaşmaların ikisi bölgələrdə, ikisi isə paytaxtda təşkil olunacaq. Dörd Premyer Liqa komandası eyni sayda I Divizion təmsilçiləri ilə qarşılaşacaq.
Mərhələ bir görüşdən ibarət olacaq və qalib komanda 1/4 finala vəsiqə qazanacaq. İlk üç matç saat 13:30-da, sonuncü görüş isə 17:00-da start götürəcək.
Azərbaycan Premyer Liqasının debütantı "Sabah" komandası Ağsuda eyniadlı komandanın qonağı olacaq. Ötən mövsüm Premyer Liqada çıxış etmiş "Kəpəz" doğma meydanda "Səbail"lə münasibətlərə aydınlıq gətirəcək.
"Sumqayıt" paytaxtda "Qaradağ Lökbatan"ın müqavimətini qırmağa çalışacaq. Bu komandarın heç biri indiyədək ölkə kubokunda qarşılaşmayıblar.
Azərbaycan Kubokunun son qalibi "Keşlə" isə "Azal Arena"da Şüvəlanla münasibətlərinə aydınlıq gətirəcək. Komandaların yolları indiyədək kubokda yalnız bir dəfə kəsişib. 2010/2011 mövsümündə paytaxt təmsilçiləri yarımfinalda üz-üzə gəlib. Cütün taleyini həmin vaxt "Keşlə”nin vurduğu 1 qol həll edib - 0:0, 1:0.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasında ilk 4 yeri tutan "Qarabağ”, "Qəbələ”, "Neftçi” və "Zirə” komandaları kubokda mübarizəyə 1/4 final mərhələsindən başlayacaq.
Azərbaycan Kuboku 1/8 final
6 dekabr
13:30. "Ağsu” – "Sabah” - 0:3
Qol: Bəxtiyar Soltanov, 6. Vitali Kvaşuk, 26. Emil Qasımov, 75
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Sabir Mütəllimov
Ağsu şəhər stadionu
13:30. "Kəpəz” – "Səbail” - 0:4
Qol: Tome Kitanovski, 11. Aqşin Qurbanlı, 41. Orxan Qurbanlı, 62. Ağabala Ramazanov, 77
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov
Hakim-inspektor: Azad Mütəllimov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Gəncə şəhər stadionu
13:30. "Qaradağ Lökbatan” – "Sumqayıt” - 0:4
Qol: Nicat Qurbanov, 14. Süleyman Əhmədov, 29. Ülvi İsgəndərov, 69. 86
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Ramiz Əsədov
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
17:00. "Şüvəlan” – "Keşlə” - 0:3
Qol: Əzəmət Ələkbərli, 47. Vaqif Cavadov, 50. Andre Klennon, 85
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mahal Məmmədov
"AZAL Arena”
Qeyd edək ki, "Qaradağ Lökbatan” – "Sumqayıt” və "Şüvəlan” – "Keşlə” görüşləri "CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.