Sportnet.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ" ilə keçirilən oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov deyib. Gənc mütəxəssis məğlubiyyətə görə, hakimləri günahlandırıb: "Düşünürəm ki, hakimlər oyuna təsir etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı idi. "Qəbələ”nin ikinci qolunda qayda pozuntusu vardı. Mən durduğum yerdən görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədir. "Qəbələ” barədə ümumiyyətlə danışmaq istəmirəm. Çünki "Qəbələ” bu gün qələbəyə layiq deyildi”.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.