1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Keşlə" Kamran Ağayevlə bağlı bəyanat yaydı
"Keşlə” klubu əsas komandanın qapıçısı Kamran Ağayevin Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ”a qarşı keçirdikləri oyundan sonra hakimlər otağına daxil olaraq müəyyən hərəkətlərə yol verməsi barədə yazılan xəbərlələ bağlı bəyanat yayıb.
Sportnet.az-ın klubun sayına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, Ağayev hakimlərə qarşı hər hansı bir qeyri-adekvat hərəkətə yol verməmişdir, o, oyun zamanı sarı vərəqə ilə cəzalandırılmış komanda yoldaşı haqqında doğru qərar qəbul etməsini hakimlər heyətindən xahiş etməyə çalışmışdır: "Bu hadisə "Keşlə”nin Müşahidə Şurasının sədri və AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun diqqətindən yaynmamış və o, Ağayevdən hakimlər otağını dərhal tərk etməsini tələb etmişdir. Klub rəhbərliyi belə davranışı heç bir halda məqbul saymır. Nəzərinizə çatdırmaq istəyirik ki, klub rəhbərliyi xırda nöqsanlar istisna olmaqla "Qarabağ-Keşlə” matçının hakimlər heyətinin idarəçiliyi ilə bağlı ciddi narazılığı yoxdur və istənilən etirazın Əsasnamə qaydalarına uyğun ifadə edilməsinin tərəfdarıdır”.
Qeyd edək ki, matç "Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.