1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Böyük hesablı qələbəyə bunlar mane oldu"
"Oyuna istədiyimiz kimi başlamadıq, qol epizodlarını qaçırdıq. Ümumilikdə ilk hissəni daha yaxşı oynadıq. İkici hissədə də qol epizodlarımız oldu. Sonda 1:0 hesablı qələbə qazandıq. Ancaq hesab ən azı 3:0, 4:0 xeyrimizə ola bilərdi".
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Qismət Alıyev evdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra deyib. Gənc yarımmüdafiəçi bildirib ki, görüşü böyük hesabla bitirmələrinə sonluğu qoya bilməmələri mane olub: "Cavab matçınadək olan müddətdə buna xüsusi diqqət yetirəcəyik. Qol epizodlarından yararlanmaq üzərində çalışaraq, ikinci qarşılaşmada sonluğu daha yaxşı qoymağa çalışacağıq. Rəqib yaxşı komandadı. Yəqin ki, onlar da bizi yaxşı analiz ediblər. Bunu oyunda hiss edirdik. Bilirdlər ki. meydanda nə etmək istəyirik və bunun qarşıısnı alımağa çalışırdılar".
Alıyev mərhələni keçmək niyyətində olduqlarını da vurğulayıb: "Ölkə Kubokunda çıxışımızı davam etdirmək istəyirik. Mübarizə hələ bitməyib. Qarşıda ikinci matç da var. Səhvlərimizi analiz edərək, düzəltməyə çalışacağıq. Yarımfinala biz yaxınıq və ora çıxmaq istəyirik".
Qeyd edək ki, "Sabah"la "Qəbələ" arasında təkrar 1/4 final matçı dekabrın 20-da "Əlincə Arena"da keçiriləcək.