1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Adil Nağıyev: "Bacardığımızı ortaya qoyduq"
"Çətin oyun oldu. Bizə qələbə lazım idi. Çünki Avroliqaya ən rahat gedən yol kubokdan keçir. İlk oyunda evimizdə qələbə qazanmışdıq. Bu oyun da yaxşı nəticə qazanıb, yarımfinala çıxmaq istəyirdik".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Adil Nağıyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
23 yaşlı müdafiəçi ilk dəqiqələrdə qol buraxmağın komandaya psixoloji cəhətdən çətinlik yaratdığını bildirib. "Komanda halında yaxşı mübarizə aparıb, istəyimizə nail olduq. İki qol vurduğum üçün sevincliyəm. Bacardığımızı ortaya qoyduq. İlkin Qırtımov zədələndikdən sonra onun yerinə oyuna mən girdim. Baş məşqçimiz mənə şans verdi. Çalışdım ki, komandam üçün əlimdən gələnin ən yaxşısını edim. Əsas odur ki, komandamız nəticə qazandı”.
A. Nağıyev kubokda maksimum nəticə qazanmaq istədiklərini vurğulayıb: "Hər iki rəqib də yaxşıdır. Bizim üçün fərqi yoxdur. "Neftçi”, yaxud "Sumqayıt” fərq etməz. Çalışacağıq ki, finala yüksələk. Hazırda vəziyyət elədir ki, çempionatda işlərimiz heç də yaxşı getmir. Avrokuboklara getmək üçün kubokda maksimum irəliləməliyik”