1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stankoviç: "Çempionluqdan danışmaq düzgün olmaz"
"Bizi səfərdə çətin sınaq gözləyirdi. Yaxşı oynadıq, Xüsusilə də müdafiə xəttində. Düzdür, komandada bir az arxayınçılıq olurdu. Ancaq ümumilikdə rəqibə yüz faizli qol imkanları yaratmağa imkan vermirdik. Bizdə belə şanslar oldu, zamanımız gözlədik və nəhayət, Ceyms Adeniyi qələbə qolunu vurdu. Əsas odur ki, bu mərhələni keçdik və yarımfinala vəsiqə qazandıq".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ" klubunun futbolçusu Voislav Stankoviç Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Sabah"ı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Serbiyalı müdafiəçi iki görüşün nəticəsinə əsasən yarımfinala yüksəldiklərini və bu vəzifəni yerinə yetirdiklərinə görə çox şad olduqlarını söyləyib: "Qələbəmizi paltardəyişmə otağında sevinclə qeyd etdik. İndi isə istirahətə yollanırıq. Qayıdıb yeni enerji ilə qış təlim-məşq toplanışında iştirak edəcəyik. Qələbə qazananda əhval-ruhiyyə yüksək olur. İstəyirdik ki, baş məşqçi komandaya daha çox isitirahət günü versin. Bizə yekun qərar barədə məlumat veriləcək"
Təcrübəli oyunçu "Qəbələ"nin bu mövsümkü hədəflərindən də söz açıb: "Komandada yay fasiləsində çoxlu dəyişikliklər oldu. Yaxşı futbolçular getdi və yeniləri gəldi. Onlara isə tam uyğunlaşmaq üçün vaxt lazımdır. Mənim isə klubla hələ müqaviləm var. "Qəbələ"də özümü evdəki kimi hiss edirəm və onun uğurları üçün çalışmaqda davam edəcəyəm. Hazırda çempionluq barədə danışmaq düzgün olmaz. Sadəcə, mövsümün ikinci yarısına yaxşı hazırlaşmalıyıq. İstənilən halda, ilk "3-lüy"ə düşməyimiz lazımdır. İmkan olsa 2 və ya 3-cü yeri tutarıq və ya kubokda uğurlu çıxış edərik".
Qeyd edək ki, "Qəbələ" Azərbaycan Kubokunun 1/4 final mərhələsində iki oyunun nəticəsinə əsasən "Sabah"ın məğlub edərək (1:0, 1:0) yarımfinala vəsiqə qazanıb. Əyalət təmsilçisi növbəti mərhələdə "Qarabağ"la üz-üzə gələcək.