1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Keşlə"nin 3 rəqibi müəyyənləşdi
"Keşlə" klubunun qış toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarından 3-də rəqibləri müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesinə Bakıda start veriləcək. Komanda üzvləri yanvarın 12-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlar. İki həftə ərzində 4 matçın keçirilməsi nəzərdə tutulub.
"Keşlə" yanvarın 17-də Qazaxıstan "Okjetpes"i, yanvarın 13-də Rumıniya "Konkordiya"sı, yanvarın 25-də Rusiya "Çertanovo"su ilə qarşılaşacaq. Yanvarın 20-də nəzərdə tutulan oyundakı rəqib hələ məlum deyil.
Qeyd edək ki, "Keşlə" mövsümün ilk yarısını 12 xalla 7-ci pillədə tamamlayıb.