"Mən bu gün meydançada sona qədər mübarizə aparan futbolçularımı təbrik edirəm. Oyunçularım bu gün inanılmaz dərəcədə istəkli idilər". Sportnet.az-ın məlumatına görə, bu sözləri bir qədər əvvəl başa çatan matçda AZAL-a qalib gələn (1:0) "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca deyib.
Türkiyəli mütəxəssis bu dəfə də qələbəni klub rəhbərliyinə həsr etdiyini söyləyib: "Biz qələbəni istədik, arzuladıq. İstədiyimiz işləri həyata keçirə bilərik. Biz təlim-məşq toplanışı belə keçirməmişik. Amma futbolçularım əsl kişilik göstərirlər. Bütün qələbələr futbolçularımın xarakter göstərməsi ilə bağlıdır. Mən qələbəni yenə rəhbərliyə həsr edirəm. Biz daha yaxşı yerlərə gəlməyə çalışırıq. Oyunları çirkinləşdirmirik. Rəqiblə başabaş mübarizə aparmağa çalışırıq”.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |