"Oyunun ağır keçəcəyini futbolçulara çoxdan demişdim. Özüm bunu hiss edirdim". Sportnet.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının IX turu çərçivəsində "Bakı" ilə keçirilən oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Əhmədov keçirilən mətbuat konfransında bütün günahın özündə olduğunu vurğulayıb: "Bəzi komandalara qarşı futbolçular özlərini hazırlaya bilmirlər. Əsas səhv isə məndə oldu. Heyətdə böyük dəyişiklik etmişdim. Bunun da acısını yaşadım. Mən özümü bağışlaya bilmirəm. Bir neçə gün burada olmamağım işə təsir etdi. Futbolçularla söhbət edə bilmədim. Bizi qarşıda ağır oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq".
Qeyd edək ki, AZAL - "Bakı" oyunu qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |