
İstirahətini başa vuran "Zirə" komandası bu gün yeni ildə ilk dəfə bir araya gəlib.
Sportnet.az xəbər verir ki, qəsəbə təmsilçisi mövsümün ikinci yarısının hazırlıqlarına start verib. Məşqdə yeni transfer Bəxtiyar Həsənalızadə və əvəzedici komandadan cəlb olunmuş bir neçə oyyunçu da iştirak edib. Əvəzində "Neftçi"yə keçidi gündəmdə olan qapıçı Anar Nəzirov və legionerlər çalışmalarda yer almayıb.