"Qarabağ" komandası təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanıb.
Sportnet.az-ın məlumatına görə, bu gün səhər saatlarında yola düşən Ağdam təmsilçisinin heyətində yerli və əvəzedicilərdən cəlb olunmuş futbolçular yer alıb. Legionerlər kollektivə birbaşa Antalyada qoşulacaqlar.
21 günlük toplanış müddətində
5 yoxlama oyunu nəzərdə tutulub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv yanvarın 12-də Rumıniyanın "Botoşani”, yanvarın 16-da Özbəkistanın "Paxtakor”, yanvarın 19-da Çexiyanın "Bohemians”, yanvarın 23-də Polşanın "Piast” və yanvarın 26-da Ukraynanın "Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq.
Yanvarın 27-də Bakıya dönəcək "Qarabağ" fevralın 3-də "Neftçi” ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçına hazırlığa başlayacaq.