
"Neftçi"nin futbolçusu Kvame Karikari Albaniyanın "Partizani" klubu ilə müqavilə bağlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə xəbəri "Ghana soccernet" nəşri yayıb. Müqavilənin müddəti açıqlanmır.
Qeyd edək ki, Kvame Karikari mövsümün ilk yarısında çıxış etdiyi "Neftçi"də 8 oyuna 2 qol vurub.