
"Keşlə" klubu ilə yollarını ayıran qapıçı Orxan Sadıqlı karyerasını Albaniya çempionatında davam etdirə bilər.
Bu barədə Sportnet.az-a 26 yaşlı qapıçının özü məlumat verib. Lakin Sadıqlı həmin klubun adını açıqlamayıb: "Həmin komanda mənə menecerlər tərəfindən təklif olunub. Yerli klubların birindən də təklif aldığımdan, hazırda danışıqlar aparıram".
Qeyd edək ki, Orxan Sadıqlı mövsümün ilk yarısını "Sumqayıt"da icarə əsasında keçirib. Lakin icarədən qayıtdıqdan sonra "Keşlə" onu sıralarına qatmaq istəməyərək, müqaviləni pozub.