
Türkiyənin Antalya bölgəsindəki Lara qəsəbəsində təlim-məşq toplanışını davam etdirən "Sabah” komandasının ilk yoxlama matçının saatı açıqlanıb.
Sportnet.az xəbər verir ki, debütant yanvarın 12-də Türkiyənin birinci liqa təmsilçisi "Eskişehirspor”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 15:30-da "Titanik” otelinin stadionunda baş tutacaq.
Qeyd edək ki, "Sabah" yanvarın 16-da Qazaxıstanın "Tobol”, yanvarın 19-da Macarıstanın "MTK Budapeşt” klubları ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulub.