1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA maliyyə "feyr-pley"i qaydalarını sərtləşdirir
UEFA yaxın vaxtlarda maliyyə "feyr-pley"i qaydalarını sərtləşdirə bilər.
Sportnet.az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu mövcud qaydalar üzərində işləmək niyyətindədir. Buna əsasən qitə klubları futbolçu transferi üçün bütün lazımi məbləği maksimum 3 il ərzində ödəməlidirlər. Nəzərdə tutulan addım qüvvəyə minsə, klubların maliyyə feyr-pleyinin tələblərini yerinə yetirməsi çətinləşəcək.
Qeyd edək ki, Fransanın PSJ klubu 2017-ci ildə Neymarı İspaniya "Barselona"sından 222 milyon avroya transfer edib. Lakin maliyyə sənədlərində bu məbləğ 5 ilə bölünüb. Beləliklə, UEFA hər il Kataloniya təmsilçisinin xəzinəsinə 44,4 milyon avronun köçürüldüyünü nəzərə alır.
Azərbaycan klublarından "Keşlə" mailyyə "feyr-pley"i qaydalarını pozduğu üçün 2015-ci ildə cəzalandırılıb.