Suriya milli komandasının baş məşqçisi Bernd Ştange hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Asiya Kubokunun gedişində istefaya göndərilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Suriya Ərəb Futbol Federasiyası (FASF) qərar qəbul edib. Almaniyalı mütəxəssis İordaniyaya 0:2 hesabı ilə uduzduları qrup mərhələsinin oyunundan sonra qovulub. O, 2018-ci ilin fevralından tutduğu postu Fəcr İbrahimə təhvil verib.
Yanvarın 15-də Suriya yığması yarışın son qalibi Avstraliya ilə üz-üzə gələcək. Ştangenin rəhbərliyi altında ilk turun oyununda Fələstinlə heç-heçə qeydə alınıb - 0:0. Hazırda 1 xalı olan Suriya qrupda 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, yanvarın 5-də start götürən sayca 17-ci Asiya Kubokunda 24 ölkə mübarizə aparır.









                 





    
    
    
    
    
    
    
    
    






















































