Ukraynanın "Şaxtyor" klubu israilli futbolçu Manor Solomonla 5 illik müqavilə bağlayıb. 
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Petar-Tikva "Makkabi"sinin yetirməsidir. O, əsas komandada 2016-cı il noyabrın 26-da debüt edib. Solomon İsrail çempionatında 67 oyuna 8 qol vurub. Bu mövsüm isə istedadlı futbolçu 12 matçda 2 dəfə fərqlənib. 
İsrailin bütün yaş kateqoriyaları üzrə yığmalarında forma geyinmiş Solomon 2018-ci ilin sentyabrında əsas millidə debüt edib. O, ötən il uefa.com-un versiyasına əsasən, Avropanın 50 istedadlı futbolçusu sırasına daxil edilib. 
Qeyd edək ki, "Şaxtyor" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı "Qarabağ"la da üz-üzə gələcək. 









                 





    
    
    
    
    
    
    
    
    




















































