"Qəbələ" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının ikinci gününü iki məşqlə yekunlaşdırıb.
Sportnet.az xəbər verir ki, baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında baş tutan məşq prosesləri toplu və topsuz çalışmalardan ibarət olub. “Qaradağ Lökbatan”la yanvarın 12-də Bakıdakı yoxlama oyununda zədələnən Ceyms Adeniyi fərdi hazırlıq keçib. Onun iki günə kollektiv çalışmalara qatılacağı gözlənilir.
Əvəzində məşq iştirakçıları arasında son yoxlama oyununda meydana çıxmayan yeni transfer Davit Volkovi də olub.