Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutan tədbirdə UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Gənc futbolçu olaraq danışılmış oyun haqqında nələri bilməliyik” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub.
O, yekundan futbolçuların suallarını cavablandırıb.