
"Xəzər Lənkəran"ın futbolçusu Qalin İvanov "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçı barədə danışıb. Bolqarıstanlı yarımmüdafiəçi Sportnet.az-a açıqlamasında oyunun ağır alındığını bildirib.
O, ikinci hissədə çox çalışmalarına baxmayaraq, tarazlıq yarada bilmədiklərini söyləyib: "İlk hissədə rəqib boşluqlardan istifadə edərək, 3 qol vurdu. İkinci hissədə dönüş yaratmağa çalışdıq. Buna bir az müvəffəq olduq. Amma qələbə, ən azı bərabərlik qolunu vurmağı bacarmadıq".
Məğlubiyyətə üzüldüklərini deyən İvanov "Qarabağ"ın əsas oyunçularının yoxluğunda da yaxşı çıxış etdiyini vurğulayıb.
Qeyd edək ki, Qalin İvanov "Xəzər Lənkəran"ın qollarından birinin müəllifi olub.