"Fərqli 2 hissə oldu. Hər kəsə şans verdik. Ümumən oyundan razı qaldım".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Türkiyənin Antalya bölgəsində Qazaxıstanın "Jetısu" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçı barədə danışarkən deyib. Gənc mütəxəssis xeyli qol imkanlarından yararlana bilmədiklərini açıqlayıb. O, səhvlərinin olduğunu da etiraf edib: "Çalışacağıq ki, Antalyada maksimum hazır olaq. Rəqibləri də elə seçmişik ki, çempionatın səviyyəsinə uyğundurlar və onlarla qarşılaşmalarda öz səhvlərimizi görə bilək. Bu gün nə tapşırıq qoyulmuşdu, futbolçular ümumən yerinə yetirməyə çalışdılar. Bəlkə oyunun bu gün olmasında bir az üstünlük qazandıq. Çünki futbolçularda yorğunluq azalmışdı".
Qeyd edək ki, "Sumqayıt"ın qolunu Ülvi İsgəndərov vurub.