21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında bir yoxlama oyunu keçirəcək.
Bu barədə Sportent.az-a yığmanın məşqçisi Elbrus Məmmədov məlumat verib. O, bildirib ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində Rusiya "Spartak"ının əvəzedici komandası ilə üz-üzə gələcək. Oyun yanvarın 24-də Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın U-21 yığmasının təlim məşq toplanışı yanvarın 21-dən 24-dək davam edəcək.