Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” komandası bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Serbiyanın Super Liqa təmsilçisi Vranye “Dinamo”su olub. Görüş Riu Kaya Belek otelinin futbol meydanında keçirilmiş görüş "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 2:0.
Oyundan öncə komandalar 20 Yanvar Faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. "Keşlə"nin futbolçuları meydana qollarında qara sarğı ilə çıxıblar.
Qeyd edək ki, “Keşlə” ilk yoxlama görüşündə Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib. Paytaxt təmsilçisi yanvar 23-də “Atırau” (Qazaxıstan), iki gün sonra isə “Çertanovo” (Rusiya) ilə qüvvəsini sınayacaq.
Yoxlama oyunu
18:30. "Keşlə" - "Dinamo" (Vranye, Serbiya) - 0:2
Riu Kaya Belek otelinin futbol meydanı.