Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin ilk yoxlama oyunu təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, Rusiyanın “Krasnodar-3” komandası ilə keçirilməli olan yoxlama oyunu əlverişsiz hava şəraiti üzündən bu gün baş tutmayıb. Qarşılaşma yanvarın 22-də keçiriləcək.
Qeyd edək ki, U-19 Antalya toplanışı müddətində daha 3 yoxlama oyunu keçirəcək. Yanvarın 24-də, 27-də və 30-da rəqiblər müvafiq olaraq Küveyt U-19, “Tromso” U-19 (Norveç) və “Dinamo-2” (Rusiya) olacaq.