Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə” komandası bu gün üçüncü yoxlama matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Qazaxıstan "Atırau"su olub. “Starlight Resort Hotel”in futbol meydanında təşkil olunmuş qarşılaşma "Keşlə"nin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk yarıda tərəflər hərəyə 1 dəfə fərqlənsələr də, fasilədən sonra Qazaxıstan təmsilçisi daha 2 qol vurub. "Keşlə"dən yeganə qola Nikola Mitroviç imza atıb.
"Atırau" Qazaxıstan Premyer Liqasını 33 oyundan 36 xalla 9-cu pillədə başa vurub.
Əvvəlki yoxlama oyunlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edən "Keşlə" Serbiyanın "Dinamo" (Vranye) komandasına uduzub - 0:2.
Yoxlama oyunu
17:00. "Keşlə" - "Atırau" (Qazaxıstan) - 1:3
Side, “Starlight Resort Hotel”in futbol meydanı