2014/15 mövsümündə ilk het-trik qeydə alınıb. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, "Araz-Naxçıvan”la qarşılaşmada "Simurq”un 3 qoluna imza atan Rəşad Eyyubov cari çempionatda het-trik müəllifi olan ilk futbolçu kimi tarixə düşüb.
İkinci hissədə vurduğu 3 qolla 22 yaşlı futbolçu toplarının sayını mövsümdə 6-ya, ümumilikdə 11-ə çatdırıb. Eyyubov "Simurq”un heyətində Premyer Liqada het-trikə imza atan 2-ci futbolçu olub. Ona qədər Vladimir Mazyar bunu bacarmışdı. Klub tarixinin ən məhsuldar oyunçusu 2006/07 mövsümündə "Simurq”un ilk het-trikini gerçəkləşdirmişdi. Ukraynalı legioner 2007-ci il mayın 12-də "Qarabağ”la ev oyununda 3:0 hesablı qələbəyə 3 topla töhfə vermişdi.
Qeyd edək ki, "Simurq”un çempionatdakı 2-ci het-triki 7 il 5 aydan sonra qeydə alınıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |