Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ"nin Rusiya “Fakel”i ilə keçirilməsi nəzərdə tutulan yoxlama oyunu baş tutmayıb.
Sportnet.az xəbər verir ki, qarşılaşma əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv olunub.
Qeyd edək ki, Antalya toplanışı ərzində Azərbaycanın bir çox komandasının oyunları da güclü yağış üzündən baş tutmayıb.
---------------------------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, “qırmızı-qaralar” Rusiya təmsilçisi “Fakel”lə görüşəcək. “Arcadia” futbol meydanlarında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
1947-ci ildə yaranan Voronej təmsilçisi hazırda Rusiya çempionatının I Divizionunda çıxış edir. Ötən mövsüm 20-ci yeri tutan “Fakel” cari çempionatın qış fasiləsinə 14-cü pillədə yollanıb.
Yoxlama oyunu
24 yanvar
18:00. “Qəbələ” – “Fakel” (Rusiya)
“Arcadia” meydançaları
Qeyd edək ki, “Qəbələ” bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşıb.