“Neftçi” klubunun müraciəti əsasında U-21-in məşqlərindən azad edilən Kamran İbrahimov millinin düşərgəsinə qoşulub.
Sportnet.az xəbər verir ki, gənc oyunçu dünən komandasının “Slovan”la keçirdiyi yoxlama oyunundan sonra millinin düşərgəsinə yollanıb.
Qeyd edək ki, yanvarın 21-dən Antalyada təlim-məşq toplanışında olan yığma bu gün Bakı vaxtı ilə saat 12:00-da “Spartak-2” (Moskva) komandası ilə yoxlama oyunu keçirəcək.