Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" futbol komandası bu gün son yoxlama matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv Rusiya I Divizionunda çıxış edən "Çertanovo" ilə üz-üzə gəlib. Qarşılaşma "Keşlə"nin 1:0 hesablı qələbəsi ilə qazanıb. Yeganə qolu Slavik Alxasov vurub.
Qeyd edək ki, "Keşlə" əvvəlki yoxlama matçlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə etməklə yanaşı, Serbiyanın "Dinamo" (Vranye) komandasına 0:2, Qazaxıstan "Atırau"suna 1:3 hesabı ilə uduzub.
------------------------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" komandası bu gün son yoxlama matçını keçirəcək.
Sportnet.az-ın məlumatına görə, rəqib Rusiya I Divizionunda çıxış edən "Çertanovo" olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
"Çertanovo" 24 turdan sonra 38 xalla 4-cü pillədə qərarlaşıb.
Yoxlama oyunu
13:00. "Keşlə" - "Çertanovo" (Rusiya) - 1:0 (İKİNCİ HİSSƏ)
Qol: Slavik Alxasov