
“Qəbələ” komandası Türkiyənin Antalya bölgəsindəki təşkil olunan təlim-məşq toplanışının 13-cü gününü bir məşqlə başa vurub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, “Qəbələ” yanvarın 27-də toplanış çərçivəsində son oyununu keçirəcək. Rəqib Macarıstan MTK-sı olacaq. Yanvarın 27-də səhər saatlarında Antalyanı tərk edəcək “qırmızı-qaralar” Vətənə yola düşəcək.