
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" komandası bu gün son yoxlama matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Rusiya I Divizionunun lideri "Tambov" olub. "Papillon" otelinin futbol meydanında keçirimiş görüş qəsəbə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Bilal Həmdi və Aleksandr Dedov vurub.
Bununla da "Zirə" Antalya toplanışına yekun vurub. Əvvəlki yoxlama oyunlarında Samir Abasovun baş məşqçi olduğu kollektiv Rumıniya "Voluntari"sinə 1:0 hesabı ilə qalib gəlib və Macarıstan təmsilçisi "Paksi" ilə heç-heçə edib - 1:1. Qazaxıstan "Taraz"ı ilə görüş isə hava şəraiti ilə əlaqədar ləğv olunub.
Yoxlama görüşləri
26 yanvar
18:00. "Zirə" (Azərbaycan) - "Tambov" (Rusiya) - 2:0
Qollar: Bilal Həmdi, 42. Aleksandr Dedov, 54
"Zirə"nin start heyəti: 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 2. İlkin Qırtımov, 26. Miloş Radivoyeviç, 6. Vüqar Mustafayev (k), 38. İlkin Muradov, 11. Dilan Duventru, 88. Tellur Mütəllimov, 9. Aleksandr Dedov, 11. Bilal Həmdi
Antalya. "Papillon" otel.