“Bu təlim-məşq toplanışında ən güclü komandaya qarşı oynadıq".
Sportnet.az-ın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Türkiyənin Antalya bölgəsində Rusiyanın "Dinamo" (Moskva) komandası ilə 0:0 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra affa.az-a açıqlamasında deyib. Gənc mütəxəssis komandaya lazım olan taktiki oyun planına uyğun oyun nümayiş etdirdiklərini bildirib: "Bütün futbolçulardan razı qaldım. Bizə məhz belə sürətli, yüksək tempə uyğun oyunlar lazımdır. İstər fiziki, istərsə də taktiki planda rəqibdən geri qalmadıq. Meydanda məşqlərdə çalışdığımız tapşırıqları yerinə yetiririk".
Futbolçularda yüksəlişin olduğu bildirən Məmməd "Onların çoxu başqa ölkə komandalarının transfer siyahısına düşüb. Həqiqətən onlar gördükləri işə görə buna layiqdirlər” söyləyib.