
"Xəzər Lənkəran"ın zədəli futbolçusu Uğur Pamuk hələ də fərdi məşqlərlə kifayətlənir. Klubdan Sportnet.az-a verilən məlumata görə, 25 yaşlı
yarımmüdafəçiyə həkimlər daha bir həftə bu cür hazırlaşmasını məsləhət görüblər.
Bu səbəbdən, Pamuk qarşıdakı 2 turu da buraxmalı olacaq. O, yalnız çempionatdakı fasilə zamanı kollektivlə birgə məşqlərə qoşula biləcək.
Qeyd edək ki, XI turun matçına noyabrın 2-də çıxacaq "Xəzər Lənkəran" bir də bundan 18 gün sonra XII turun oyununu keçirəcək. Uğur Pamuk da məhz həmin vaxt məşqçilər korpusunun ixtiyarında olacaq.