İtaliyanın “Napoli” klubunun futbolçusu Marek Hamşikin Çin təmsilçisi “Dalyan İfan”a keçidinin təfərruatı məlum olub.
Sportnet.az xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Slovakiya yığmasının 31 yaşlı yarımmüdafiəçisi yeni klubu ilə 3 illik müqavilə bağlayacaq. O, bu müddətdə 27 milyon avro qazanacaq.
“Dalyan İfan”nın Hamşikin keçidi üçün “Napoli”yə 25 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Marek Hamşik 2007-ci ildən “Napoli”də çıxış edir. Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Slokaviya ilə iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə qarşılaşacaq.